Kahramanmaraşda qətliam törədilən məktəb bağladıldı – Şagirdlərin aqibəti necə olacaq?

Hazırda oxunan: Kahramanmaraşda qətliam törədilən məktəb bağladıldı – Şagirdlərin aqibəti necə olacaq?

607830

Kahramanmaraşda 8 şagird və 1 müəllimin həyatına son qoyan hücumdan sonra Ayser Çalık orta məktəbinin bağlanmasına qərar verilib.
 

MÖVZU İLƏ BAĞLI: 

Hücumu 8-ci sinif şagirdi törədib… - Türkiyədə məktəbə hücumun TƏFƏRRÜATI – VİDEO


Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Milli Təhsil Nazirliyi travmanın təsirlərini azaltmaq və şagirdlərin psixoloji sağlamlığını qorumaq üçün həmin məktəbə təkrar qayıtmalarını doğru hesab etməyib. Şagirdlər şəhərdəki digər məktəblərə köçürüləcəklər

Məktəb binasının gələcəkdə necə istifadə ediləcəyi ilə bağlı hələlik açıqlama verilməyib. Binanın fərqli bir məqsəd üçün istifadə ediləcəyi və ya xatirə məkanına çevriləcəyi kimi detallar yaxın günlərdə aydınlaşacaq. Bu qərar regionda təhsil fəaliyyətlərinin yenidən təşkili və şagirdlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm addım kimi qəbul edilir.

 

Qeyd edək ki, aprelin 15-də Türkiyənin Kahramanmaraş şəhərində səkkizinci sinif şagirdi orta məktəbə daxil olaraq insanlara atəş açıb. Yeniyetmə keçmiş polis olan atasına məxsus silahdan istifadə edib.


Hadisə nəticəsində doqquz nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb. Yaralılardan altısı reanimasiya şöbəsinə yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin