İraqda İŞİD-in Mosulun ardından Sincan qəsəbəsini ələ keçirməsi və yezidiləri həmin ərazidən qovması PKK-nı hərəkətə gətirib.
Avropa.info xəbər verir ki, Qəndil dağından Şenqal dağına gələn və Səddam Hüseyn dönəmindən qalan qaravulxanalara yerləşən PKK-çıların xarici mediada görüntüləri yayılıb.

PKK-çılar yerləşdiyi qaravulxanalara öz gerblərini və Abdullah Öcalanın portretlərini asıblar.

Görüntülənən PKK-çıların əlindəki ABŞ istehsalı olan M-16 silahları diqqət çəkib. Amerkan istehsalı olan bu silahlar daha öncə də PKK-çılarda görünmüşdü. 2007-ci ildə Türkiyənin Xarici İşlər naziri Abdullah Gül də bu silahlarla bağlı ABŞ-dan rəsmi bilgi istəmişdi.































































































