Rəbiyyət Aslanova ATƏT PA-dan səsləndi

Hazırda oxunan: Rəbiyyət Aslanova ATƏT PA-dan səsləndi

70496
xa0"Erməni işğalına görə qaçqınlarımızın və məcburi köçkünlərimizin 54 faizi qadınlardır ki..."

Moderator.az Azərbaycanın ATƏTPA-dakı nümayəndə heyətinin üzvü Rəbiyyət Aslanovanın mətbuata geniş müsahibəsini təqdim edir.

ATƏT Parlament Assambleyasının (PA) Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən ənənəvi və növbəti qış sessiyası öz işini davam etdirməkdədir. Azərbaycanı ATƏT PA-da təmsil edən virse-spiker Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti də qurumun komitə iclaslarında və sessiyasında müzakirələr zamanı bu ya digər məsələlərlə bağlı öz fikirləri bildirməkdə, mövqelərini ortaya qoymaqdadırlar. Nümayəndə heyətinin üzvlərindən biri - Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova isə "ATƏT və Azərbaycan məkanında gender bərabərliyinin təminatı məsələləri" mövzsusunda müzakirələr zamanı öz fikirləri geniş şəkildə açıqlayıb. Əməkdaşımızla söhbətində R. Aslanova bunları bildirib:


-Əvvəla, Dünya Iqtisadi Forumunun xa0ekspertlərinin hesab etdiyi kimi, dünyanın heç bir ölkəsi hələ iqtisadiyyatda, siyasətdə, təhsildə, səhiyyədə və sairədə kişilərin və qadınların arasında tamhüquqlu bərabərliyinə nail olmayıb. Ona görə çıxışımda ilk öncə bu məqama toxunaraq qeyd etdim ki, müxtəlif formalarda təzahür edən xa0gender diskriminasiyası çoxsaylı ölkələrdə, Şərqdə də, Qərbdə də mövcuddur. Bildirdim ki, ancaq Azərbaycan qadınlara münasibətdə ayrı-seçkiliyin qarşısının alınması sahəsində əhəmiyyətli tarixi təcrübəyə malikdir. xa0Ümumiyyətlə, XX əsr Azərbaycan qadınının həyatında yeni dövrün başlanğıcı hesab edilə bilər. Çünki Şərqdə ilk dəfə olaraq, Azərbaycan Demokratik Respublikasının (1918-1920) qanunları gender bərabərliyinin qanunverici bazasını təşkil edib. xa0 Məhz 1918-ci ildə Azərbaycan, müsəlman Şərqində birinci Demokratik Respublika kimi, qadınlara seçmək və seçilmək hüququnu (haqqını) verdi. Baxmayaraq ki, xa0Azərbaycan əsasən müsəlman ölkəsidir, o daimi olaraq xa0dünyəvi dövlətçiliyə və xa0dünyəvi dəyərlərə sadiq qalıb. Çıxışımda vurğuladım ki, bu gün Azərbaycanda qadınların hüquqlarının müdafiəsində çox böyük xa0müvəffəqiyyətlərə nail olunub. 1991-ci ildə müstəqilliyin əldə edilməsindən etibarən Azərbaycanda bu sahədə qanunvericilik davamlıolaraq təkmilləşir. ATƏT-in üzvü kimi insan hüquqları, bərabərlik, dözümlülük və müxtəliflik xa0dəyərlərinin əhəmiyyətini diqqətdə saxlayır. Məsələn, "Azərbaycan ”“ 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının 7.4.cü bəndibelə adlanır: Gender hüquq bərabərliyinin təminatı və ailənin inkişafı. Burada da göstərilir ki, “Gender probleminin həlli üçün zəruri tədbirlər qəbul ediləcək. Gender zorakılığı hadisələrinin qarşısının alınması yönündə siyasətin xa0həyata keçirilməsi bu sahədə xa0dövlətin əsas məqsədlərindən biri olacaqdır, əmək bazarında qadınlar və kişilər üçün bərabər imkanların yaradılması, qadınların karyerada artması üçün imkanların genişlənilməsi, onların rəhbər vəzifələrə təyinatı təmin ediləcəkdir”x9d...

xa0

"Parlamentdə qadınların təmsilçiliyinə görə isə Cənubi Qafqazda xa0ən yüksək göstərici- Azərbaycana məxsusdur"



-Yeri gəlmişkən onu da qeyd edək ki, müasir Azərbaycan gender bərabərliyi məsələlərinin müzakirə edildiyi beynəlxalq dialoq xa0mərkəzinə çevrilib...
xa0
-Çıxışım zamanı məhz elə bu məqamı da avroparlamentarilərin nəzərinə çatdırdım. Belə ki, məlum olduğu kimi, Bakıda 2008-ci ildə xa0 "Mədəniyyətlər arası dialoqda qadınların rolunun gücləndirilməsi" xa0 mövzusunda Beynəlxalq Forum keçirildi. Mədəniyyətlərarası dialoq üzrə Ümumdünya Forumu çərçivəsində sessiyanın ikinci hissəsinin mövzusu "Mədəniyyətlər arası dialoqun əsas iştirakçıları kimi Qadınlar" oldu. Həmçinin, 2010-cui ldə Bakıda xa0Avropa Şurası qadın məsələlərinə məsul nazirlərin xa0konfransı keçirildi. 2012-ci ilin iyununda Bakıda XXIII Krans Montana Forumunun xa0Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın başçılığı ilə "Sabahkı günün dünyasında qadınların rolu"mövzusunda illik görüşü oldu və sessiyası keçirildi. Bildirdim ki, bu faktların özü Azərbaycanda problemə olan münasibətin əyani təzahürüdür. Eyni zamanda, ilk növbədə xüsusi olaraq xa0onu vurğuladım ki, Qarabağ müharibəsi zamanı kişilərlə birlikdə çiyin-çiyinə xa0 600-dən çox qadın cəbhədə vuruşub. Bununla yanaşı, ötən hər il ərzində ölkənin ictimai-siyasi həyatında xa0və taleyüklü xa0qərarların xa0 qəbulunda qadınların iştirak səviyyəsi ardıcıl olaraq artıb. Hüquq-mühafizə orqanları sisteminə gəldikdə, Ədliyyə Nazirliyi strukturlarında xa0qadınlar çoxluq təşkil edir. Parlamentdə qadınların təmsilçiliyinə görə isə Cənubi Qafqazda xa0ən yüksək göstərici- Azərbaycana məxsusdur. Qadınlar səhiyyə sistemində-60 faiz, təhsil sistemində-70 faiz, parlamentdə isə-20 faiz təşkil edir...



"Azərbaycan əhalisinin sayı 9 milyondur ki, onun artıq xa051 %-ni qadınlar təşkil edir"
xa0

-Çıxışınız zamanı Azərbaycanda qadınların idarəçilikdə təmsilçiliyi məsələsinə də toxundunuzmu?

-Bu məsələyə geniş şəkildə yer ayırdım və qeyd etdim ki, ötən il- 23 dekabr 2014-cü il tarixində 4-cü bələdiyyə seçkiləri keçirilib. Keçmiş seçkilərin nəticəsi ilə müqayisədə qadınların xa0bələdiyyələrdə nümayəndələrinin sayı xa0dəfələrlə artıb. Seçkilərin nəticəsində bələdiyyə qurumlarında təmsil edilmiş qadınların sayı xa0 2014-cü ildə 4%-dən 29,5%-ə qədər xa0 artıb. Qadınlar xa0 bələdiyyələrin üzvlərinin ümumi sayının 29%-i xa0təşkil edirlər. Göründüyü kimi, bələdiyyə orqanlarına 2014-cü ildə seçilmiş qadınların sayı 2004-cü ilin göstəriciləri ilə müqayisədə 9 dəfə artıb. Bununla bərabər, vurğuladım ki, bu gün Azərbaycanda parlament sədrinin üç müavinindən biri, parlamentin 125 deputatından 20-si, İnsan Hüquqları üzrə müvəkkil (Omdusman), 1 Dövlət Komitəsinin sədri, 4 nazir müavini, Konstitusiya Məhkəməsinin sədr müavini və 1 hakimi qadındır. Məlum olduğu kimi, Azərbaycan əhalisinin sayı 9 milyondur. Onun artıq xa051 %-ni qadınlar təşkil edir. Əmək qabiliyyətli əhalinin 2,09 milyonu qadındır, onların 1,97 milyonu işləyir, 475,5 min qadın dövlət sektorunda işləyir...

xa0
"Qadınlar demək olar ki, dövlət qulluqçularının və elmi işçilərin yarısını təşkil edirlər. Həkimlərin və məktəb müəllimlərinin əksəriyyəti qadınlardır"


-Qadınların sayı ümumi məşğul əhalinin tərkibində neçə faiz təşkil edir?

-Çıxışımda da bildirdiyim kimi, Azərbaycanda qadınların sayı ümumi məşğul əhalinin tərkibində xa054,6% təşkil edir. (2010-cu il ilə müqayisədə 53,4%). Bir sözlə, qadınlar səhiyyə və sosial xidmətlər sferalarında (83,5%); səhiyyə və sosial xidmət sahələri işçiləri arasında (83,5%); təhsil sahəsində (82,3%); mehmanxana-turizm biznesində (76,4%); maliyyə fəaliyyətində (74,9%) üstün mövqelərə malikdirlər. Sonra qeyd etdim ki, Azərbaycan qadını bu gün milli dövlət quruculuğu proseslərinin, ictimai-siyasi hadisələrin fəal iştirakçısı olaraq respublikanın sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına əvəzsiz töhfələr verir.Bundan başqa, elm sahəsində, təhsildə qadınlarımız öz potensiallarını tam reallaşdırmağa imkan qazanıblar. Ölkəmizdə qadın alimlər arasında 3 akademik, 12 müxbir üzv, 117 elmlər doktoru, 1328 elmlər namizədi var. Hazırda qadınlar demək olar ki, dövlət qulluqçularının və elmi işçilərin yarısını təşkil edirlər. Həkimlərin və məktəb müəllimlərinin əksəriyyəti qadınlardır. Çıxışım zamanı söylədim ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Hüquqi bazanın yenidən təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”x9d (2006-cı il), “Məişət zorakılığının qarşısının alınması haqqında”x9d (2010-cu il) qanunlar qəbul olunub. 2014-cü ildə ölkə Prezidentinin Sərancamı ilə “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair (2014-2020-ci illər üçün) Dövlət Proqramı təsdiq edilib. Bununla belə, 2011-ci ildə Ailə Məcəlləsinə əlavə və dəyişikliklər olunub. 2011-ci ildən nikaha daxil olmağın minimal yaş həddi xa0qadınlar və kişilər üçün 18 yaş xa0müəyyən edilib. xa0Həmçinin, Cinayət Məcəlləsinə düzəlişlərin edilməsi, məcburi nikahların qadağası, 2009−2013 illər üçün “İnsan Alveri ilə Mübarizə Üzrə Milli Fəaliyyət Planı”x9dnda sanksiyalar nəzərdə tutulması mütərəqqi irəliləyişlərdir. Bəyan etdim ki, ölkəmizdə beş ildən bir “cəmiyyətdə qadınların mövqeyi və rolunun müzakirəsi”x9d məqsədi ilə ümumrespublika forumu keçirilir. Bütün bu nailiyyətlər Azərbaycanda gender bərabərliyinin pozitiv və optimist gələcəyə malik olmasının göstəricilərdir. Gender bərabərliyinin faktiki reallıqda təmin edilməsi, şübhəsiz ki, beynəlxalq və milli səviyyələrdə çoxsaylı strukturların və institutların uzunmüddətli birgə fəaliyyətinin gücləndirilməsini tələb edir...


"Torpaqlarımızın işğalına görə qaçqınlarımızın və məcburi köçkünlərimizin 54%-i qadınlardır. Bu qadınların gender bərabərliyinin təminatı, eləcə də, ailə və cəmiyyətdə statusu ilə bağlı ciddi problemlər də var"



-Rəbiyyət xanım, qadın məsələsindən danışarkən qadın qeyri-hökumət təşkilatlarının,Azərbaycanda vətəndaş cəmiyyətinin səyləri də xüsusi olaraq qeyd edilməlidir...


-Tamamilə, doğrudur. Bu məqamı da müzakirələr zamanı qabartmağa çalışdım, bildirdim ki, xa0hazırda ölkədə 50-yə yaxın qeyri-hökumət qadın təşkilatı fəaliyyət göstərir, gender xa0problemləri ilə məşğul olurlar. Dövlət rəhbərliyinin vətəndaş cəmiyyətinin inkişafına hərtərəfli dəstək verməsi qeyri-hökumət təşkilatları şəbəkəsinin genişlənməsi üçün etibarlı zəmin formalaşdırır. Artıq sübut olunub ki, qadın peşəkarların fəaliyyəti cəmiyyətin dinamik və harmonik inkişafına gətirib çıxarır. Ancaq onu da qeyd etdim ki, bu yondə problemlər də var. Yəni, istənilən sahədə olduğu kimi, müsbət xa0dəyişikliklərə baxmayaraq, qarşıda hələ görülməli çox məsələlər durur. Çünki ərazilərimizin 20 faizinin işğalı nəticəsində bir milyon vətəndaşın, o cümlədən qadınların insan hüquqları kobud şəkildə pozulub. Torpaqlarımızın işğalına görə qaçqınlarımızın və məcburi köçkünlərimizin 54%-i qadınlardır. Bu qadınların gender bərabərliyinin təminatı, eləcə də, ailə və cəmiyyətdə statusu ilə bağlı ciddi problemlər də var. Azərbaycanda gender bərabərliyinin təminatı xa0və məişət zorakılığına qarşı mübarizə tədbirlərini dəyərləndirərkən bu amili beynəlxalq təşkilatlar diqqət mərkəzində saxlamalıdırlar. Ümumiyyətlə, avroparlamentarilərin, ATƏTPA üzlərinin nəzərinə çatdırmağa çalışdım ki, xa0regionda gender xa0situasiyası olduqca qeyri-stabil və gərgindir. Beynəlxalq təşkilatların səylərinə, BMT, Avropa Şurası və ATƏT-in Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə baxmayaraq, əhalinin oz doğma yurd-yuvalarına qayıtmaq məsələsi hələ də öz həllini tapmayıb...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin