Hidayət Heydərov dünya çempionatına qələbə ilə BAŞLADI - VİDEO

Hazırda oxunan: Hidayət Heydərov dünya çempionatına qələbə ilə BAŞLADI - VİDEO

640661

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatına qələbə ilə start verib.

Bizim.Media xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı 1/32 finalda Kosovodan olan Akil Qyakova ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən H.Heydərov növbəti mərhələyə vəsiqə qazanıb. Olimpiya çempionu 1/16 finalda finlandiyalı Valtteri Olinlə görüşəcək.

Bu gün Xədicə Qədəşova (57 kq) və Rəşid Məmmədəliyev (73 kq) də tatamiyə çıxacaqlar.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq.

Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin