Tramp İranla müharibənin başa çatacağı tarixi AÇIQLADI

Hazırda oxunan: Tramp İranla müharibənin başa çatacağı tarixi AÇIQLADI

635986

ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin noyabr ayında keçiriləcək Konqres seçkilərindən dərhal sonra başa çata biləcəyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.

"Bu, seçkilərdən dərhal sonra başa çatmalıdır. Bəlkə də seçkilərdən əvvəl başa çatacaq, amma düşünürəm ki, bu, seçkilərdən dərhal sonra baş verəcək", – deyə ABŞ lideri bildirib.

Bununla yanaşı, Ağ Ev rəhbəri İrana qarşı hərbi əməliyyata başlamaq qərarından peşman olmadığını vurğulayıb.

"Xeyr. Mən "peşmançılıq" sözünə inanmıram. Əgər bunu yenidən etmək məcburiyyətində qalsaydım, yenə də eyni addımı atardım", – Tramp müvafiq suala cavabında deyib.

Qeyd edək ki, ABŞ-da Konqresə aralıq seçkiləri noyabrın 3-də keçiriləcək. Seçkilər zamanı Senatın 100 üzvündən 33-ü, eləcə də Nümayəndələr Palatasının bütün 435 üzvü yenidən seçiləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin