Bakıda sərnişinlərdən küsən avtobus sürücüsündən qəribə ETİRAZ - VİDEO

Hazırda oxunan: Bakıda sərnişinlərdən küsən avtobus sürücüsündən qəribə ETİRAZ - VİDEO

624391

Bakıda 13 nömrəli marşrut avtobusunun sürücüsünün hərəkəti sərnişinlərin narazılığına səbəb olub.

Bizim.Media xəbər verir ki, bununla bağlı Oxu.az-a müraciət edən sərnişinlərin sözlərinə görə, hadisə iyulun 9-da saat 16:31-də Akademik Həsən Əliyev küçəsində, metronun "Koroğlu" stansiyası istiqamətində baş verib.

Belə ki, dayanacaqda sərnişinlərdən biri səhvən "Stop" düyməsini basıb. Bundan sonra sürücü avtobusu saxlayaraq qapıları bağlayıb, nəqliyyat vasitəsindən düşüb və yolun kənarında siqaret çəkməyə başlayıb.

Bundan əlavə, bildirilir ki, avtobusda kondisioner sistemi olduğu halda, ondan istifadə edilməyib. Sürücü kondisionerin işləmədiyini təkidlə vurğulayıb.

Şahidlərin sözlərinə görə, hadisə zamanı sürücü ilə sərnişinlər arasında mübahisə də yaşanıb.
 

Daha sonra sərnişinlərin bir qismi avtobusdan düşərək arxadan gələn digər marşrut avtobusundan istifadə edib.


Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin