FHN əməliyyat görüntüləri yaydı: 583 yanğına çıxış, 7 qəza, 2 partlayış... – ANBAAN VİDEO

Hazırda oxunan: FHN əməliyyat görüntüləri yaydı: 583 yanğına çıxış, 7 qəza, 2 partlayış... – ANBAAN VİDEO

623514

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 583 yanğına çıxış, 39 halda köməksiz vəziyyətdə qalma, 7 avtonəqliyyat qəzası və 2 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bu barədə Bizim.Media-ya FHN-dən məlumat verilib.

Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 9-u azyaşlı olmaqla 48 nəfər xilas edilib, 6 nəfər xəsarət alıb, 15 nəfərin meyiti təhvil verilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin