Kaliforniyada ABŞ bayrağını daşıyan paraşütçü pivə çadırının üzərinə yıxıldı – VİDEO

Hazırda oxunan: Kaliforniyada ABŞ bayrağını daşıyan paraşütçü pivə çadırının üzərinə yıxıldı – VİDEO

623512

Kaliforniyanın Folsom şəhərində ABŞ-ın Müstəqillik Günü münasibətilə keçirilən şənlik zamanı üzərində nəhəng Amerika bayrağı daşıyan paraşütçü pivə çadırının üzərinə yıxılıb.

Bizim.Media “ABC News”a istinadən xəbər verir ki, hadisə cümə günü baş verib və videoya çəkilib.

Bayram tədbiri zamanı bir kişi üzərində Amerika bayrağı olan paraşütlə səmaya qalxıb.
 

Paraşütçü yerə doğru enişə başlayanda bayraq ağaca ilişib. Nəticədə bayraq istiqamətini dəyişib və sərt eniş edərək tamaşaçıların oturduğu tribunaların yaxınlığında pivə çadırına çırpılıb.


İzdihamlı ərazidə sərt eniş etməsinə baxmayaraq, hadisə nəticəsində heç kim xəsarət almayıb. Tədbir təşkilatçıları bildiriblər ki, paraşütçü özünü yaxşı hiss edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin