Netanyahu: “İsrailə qarşı nifrət sonda ABŞ-a yönəlir” - VİDEO

Hazırda oxunan: Netanyahu: “İsrailə qarşı nifrət sonda ABŞ-a yönəlir” - VİDEO

623445

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-dakı siyasi dairələrdə, xüsusilə Demokratlar Partiyası və "proqressiv sağ" qanad arasında müşahidə olunan İsrail əleyhinə əhval-ruhiyyənin artmasından ciddi narahatlıq keçirdiyini bildirib.

Bizim.Media xəbər verir ki, Baş nazir bu vəziyyəti dəyişmək üçün əlindən gələni edəcəyini vurğulayıb:

"Bu vəziyyət məni narahat edir və mən, əlbəttə ki, vəziyyəti düzəltmək üçün gücümüz daxilində olan hər şeyi edəcəyəm".

Netanyahu İsrailə qarşı nifrətin sonda ABŞ-a qarşı yönələcəyini qeyd edib. O, etiraz aksiyaları zamanı İsrail bayraqları ilə yanaşı, ABŞ bayraqlarının da yandırılmasına diqqət çəkib:
 

"İsrailə nifrət edən insanlar sonda Amerikaya da nifrət etməyə başlayırlar. Etirazlar zamanı onlar İsrail bayraqlarını yandırırlar və çox vaxt onların yanında Amerika bayraqlarını da yandırırlar".


Baş nazir sonda onu da əlavə edib ki, İsraili dəstəkləyən amerikalılar nümayişlərdə həm İsrail, həm də Amerika bayraqlarını dalğalandırırlar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin