FHN-dən parklanma ilə bağlı sürücülərə MÜRACİƏT – VİDEO

Hazırda oxunan: FHN-dən parklanma ilə bağlı sürücülərə MÜRACİƏT – VİDEO

622834

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələri sürücülərinə müraciət edib.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:
 

"Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən avtomobillərin təyin olunmamış yerlərdə, nizamsız park edilməsi səbəbindən baş verən müxtəlif fövqəladə hallar, o cümlədən yanğınlar zamanı xüsusi təyinatlı texnikaların hadisə yerinə yaxınlaşması və çevik döyüş vəziyyətinə gətirilərək operativ müdaxilə imkanları məhdudlaşır.


Ötən gecə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayış kompleksinin ərazisində məişət tullantıları üçün ayrılmış yerdə baş vermiş yanğın hadisəsi də bunu bir daha nümayiş etdirir.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi sürücülərə bir daha müraciət edərək bildirir ki, yanğın və digər fövqəladə hallar zamanı yanğınsöndürmə və xilasetmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların hadisə yerinə maneəsiz yaxınlaşması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir".



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin