443 metr yüksəkdə qanunsuz evlilik təklifi– VİDEO

Hazırda oxunan: 443 metr yüksəkdə qanunsuz evlilik təklifi– VİDEO

622793

Rusiyalı ekstremal cütlük, Netflix platformasında yayımlanan "Skywalkers: A Love Story" sənədli filmi ilə tanınan Ancela Nikolay və İvan Kuznetsov (İvan Beerkus) Nyu-Yorkun simvollarından sayılan "Empire State Building" binasına qanunsuz şəkildə dırmaşıblar.

Bizim.Media “Fox News”a istinadən xəbər verir ki, onlar göydələnin zirvəsinə çatdıqdan sonra üzərində "When the power of love beats the love of power, the world knows peace" ("Dünya sülhü sevginin gücü hakimiyyət sevdasına qalib gələndə tanıyacaq") sözləri yazılmış pankart açıblar.

Bunun ardınca İvan Kuznetsov zirvədə sevgilisi Ancela Nikolaya evlilik təklifi edib.

Lakin cütlüyün təhlükəli aksiyası uzun çəkməyib. Onlar hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar.
 

Məlumata görə, onlara qanunsuz şəkildə əraziyə daxil olma, insanların həyatını təhlükə altına salma və digər maddələr üzrə ittihamlar irəli sürülə bilər.


Qeyd edək ki, "Empire State Building"in ümumi hündürlüyü 443,2 metrdir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin