Sükansız və əyləcsiz avtomobilin sınağından VİDEO paylaşdı

Hazırda oxunan: Sükansız və əyləcsiz avtomobilin sınağından VİDEO paylaşdı

622707

ABŞ-nin “Tesla” şirkəti sürücüsüz və əyləcsiz “Tesla Cybercab” avtomobilinin seriyalı versiyasının sınağını həyata keçirib.

Bizim.Media xəbər verir ki, “Tesla”nın rəhbəri İlon Mask “X” sosial şəbəkəsindəki hesabında sınaq prosesinin görüntülərini paylaşıb.

Texas ştatının Ostin şəhərində keçirilən sınaqlarda sərnişin oturacağında təhlükəsizliyə nəzarət edən əməkdaşın əyləşdiyi əks olunub.
 

Qeyd edək ki, “Cybercab” avbtomobilinin təqdimatı təxminən iki il əvvəl baş tutub. Bu avtomobil “Tesla”nın mobil tətbiqi vasitəsilə çağırılan tam avtonom robotaksi kimi xarakterizə olunur.


Son həftələrdə “Tesla” ABŞ-nin bir neçə şəhərində sükan və pedallı “Cybercab” prototiplərini sınaqdan keçirib, həmçinin yüzlərlə belə avtomobili parkinqlərdə yerləşdirib ki, bu da genişmiqyaslı robotaksi şəbəkəsinin tezliklə işə salınacağı ehtimallarını gücləndirib. (qafqazinfo.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin