Metroda qadının fotolarını gizlincə çəkən şəxsi sərnişinlər belə cəzalandırdı – VİDEO

Hazırda oxunan: Metroda qadının fotolarını gizlincə çəkən şəxsi sərnişinlər belə cəzalandırdı – VİDEO

621213

İstanbulun Şişli rayonunda yerləşən Mecidiyeköy metro stansiyasında bir şəxsin qadının fotolarını gizli şəkildə çəkməsi iddiası qalmaqala səbəb olub.

Bizim.Media DHA-ya istinadla xəbər verir ki, hadisə iyunun 23-də yerli vaxtla saat 15:30 radələrində baş verib.

İddiaya görə, stansiyada olan bir kişi qadının şəkillərini onun xəbəri olmadan çəkib. Vəziyyəti hiss edən qadın buna etiraz edib, ətrafdakı vətəndaşlar isə hadisəyə müdaxilə ediblər.

Şübhəli ilə vətəndaşlar arasında qısa müddətli qarşıdurma yaşanıb. Qadın həmin şəxsə “Bütün gün mənim şəkillərimi çəkmisən” sözləri ilə etiraz edib.

Hadisə yerinə gələn polis əməkdaşları şübhəlini nəzarətə götürüblər. Onun mobil telefonunda aparılan ilkin yoxlama zamanı qadına aid fotoların aşkarlandığı bildirilib.

Zərərçəkmiş qadının şikayətçi olduğu, faktla bağlı araşdırmanın davam etdiyi qeyd olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin