Maşını avtobus zolağında saxlayıb getdi – VİDEO

Hazırda oxunan: Maşını avtobus zolağında saxlayıb getdi – VİDEO

620843

Bakıda yol hərəkəti qaydalarını kobudcasına pozan sürücü inzibati məsuliyyətə cəlb edilib.

Bizim.Media xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində - metronun “20 Yanvar” stansiyası ilə 3-cü mikrorayon dairəsini birləşdirən yolda qeydə alınıb.

“Toyota Prius” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini avtobus zolağında park edərək uzaqlaşıb.
 

O, həmin vaxt maşını dövlət qeydiyyat nömrəsi ərazidəki kameralar tərəfindən görüntülənə bilməsin deyə çəpəki formada saxlayıb. Sürücü bu yolla özünü məsuliyyətdən kənar saxlamaq istəyib. Lakin avtobusda olan vətəndaşlardan biri həmin hadisəni çəkərək ictimailəşdirib.


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Qafqazinfo.az-a bildirilib ki, sözügedən hadisə ilə bağlı araşdırma aparılıb. Sürücü müəyyən edilib və barəsində qanunamüvafiq tədbir görülüb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin