Bir nəslin FACİƏSİ – Mərdəkanda boğulan dörd gənc qohum imiş... – VİDEO

Hazırda oxunan: Bir nəslin FACİƏSİ – Mərdəkanda boğulan dörd gənc qohum imiş... – VİDEO

620837

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı, dənizdə nəzarətsiz ərazidə dörd nəfər batıb.

Bizim.Media “APA TV”yə istinadən xəbər verir ki, həyatını itirən şəxslər qohumdurlar.

Onların yaxın qohumunun bildirdiyinə görə, gənclər bu gün günorta çimərliyə gediblər:
 

“Hamı gəlir dənizə. Kimin ağlına gələr ki, küləkli havada dənizə getsəm, başıma belə iş gələr. Onlardan biri evli, üçü subaydır”.


Qeyd edək ki, dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun və 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlunun 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun axtarışları isə davam edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin