Türkiyənin Mardin vilayətinin Qızıltəpə (Kızıltepe) rayonunda yolun qarşı tərəfinə keçməyə çalışan 78 yaşlı Kamile Günsever minik avtomobilinin vurması nəticəsində faciəvi şəkildə həyatını itirib.
Bizim.Media DHA-ya istinadla xəbər verir ki, zərbənin təsirindən ağır yaralanan Günsever üçün ətrafdakı vətəndaşlar dərhal təcili tibbi yardım çağırıblar.
Hadisə yerinə gələn həkimlərin bütün müdaxilələrinə baxmayaraq, 78 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı araşdırma və istintaq başladılıb.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
15:46 / 22.06.2026
78 yaşlı qadının həyatını itirdiyi qəzanın ANBAAN VİDEOSU
Hazırda oxunan: 78 yaşlı qadının həyatını itirdiyi qəzanın ANBAAN VİDEOSU
Hazırda oxunan: 78 yaşlı qadının həyatını itirdiyi qəzanın ANBAAN VİDEOSU
620817
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































