Amerikalı müğənni helikopter qəzasında həlak oldu - VİDEO

Hazırda oxunan: Amerikalı müğənni helikopter qəzasında həlak oldu - VİDEO

619314

Braziliyanın Rio-de-Janeyro şəhərində baş verən dəhşətli helikopter toqquşması dünya musiqi ictimaiyyətini sarsıdan bədbəxt hadisə ilə nəticələnib. Qəza zamanı həyatını itirən 6 nəfər arasında məşhur amerikalı müğənni, prodüser və instans-musiqiçi Oliver Tri Nikell (Oliver Tree) də var.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, hadisə şəhərin cənub-qərbində, turistlərin sıx olduğu "Recreio dos Bandeirantes" sahil rayonunda qeydə alınıb.

İki helikopter havada toqquşub

Rio-de-Janeyro polisinin və aviasiya rəsmilərinin yaydığı ilkin məlumatlara görə, səhər saatlarında səmada iki helikopter bir-biri ilə toqquşub. Qəzaya uğrayan hava nəqliyyat vasitələrindən biri dərhal şəhərdəki elektromobil satışı mərkəzinin avtomobil parkının üzərinə düşüb.

Zərbənin gücündən parkda güclü yanğın başlayıb və orada dayanan 20-yə yaxın elektrikli nəqliyyat vasitəsi tamamilə yanaraq külə dönüb. Yanğının miqyası və dağıntılar hadisə yerində araşdırma aparan xilasedicilərin işini çətinləşdirib.

6 nəfər həlak olub

Hava limanı və polis qeydlərinə əsasən, helikopterlərdən birində 5 sərnişin, digərində isə yalnız pilot olub. Qəza nəticəsində hər iki helikopterdəki bütün şəxslər – ümumilikdə 6 nəfər yerindəcə keçinib. Həlak olanlar arasında 32 yaşlı Oliver Tree ilə yanaşı, onunla birlikdə olan musiqiçi Lukas Frota (Lukas Brito Çaves), vizual komanda üzvləri və pilotlar var. Müğənninin yeni albomunun dünya turnesi çərçivəsində Braziliyada səfərdə olduğu bildirilir.

Eksantik tərzi ilə milyardların sevimlisinə çevrilmişdi
 

1993-cü il təvəllüdlü Oliver Tree özünəməxsus saç kəsimi, böyük eynəkləri, qeyri-adi geyim tərzi və internet mədəniyyəti ilə musiqini birləşdirən xüsusi bir obraz yaratmışdı. O, qlobal miqyasda milyardlarla dinləmə sayı toplayan "Jerk", "Hurt", "Miss You" və xüsusilə "Life Goes On" kimi hit mahnıları ilə gənclər arasında böyük populyarlıq qazanmışdı.


Braziliya Hərbi Hava Qüvvələrinin Qəzaların Araşdırılması və Profilaktikası Mərkəzi (CENIPA) faktla bağlı genişmiqyaslı təhqiqata başlayıb və qəzanın dəqiq səbəblərini müəyyənləşdirmək üçün ərazidəki videoçəkilişləri və radar qeydlərini araşdırır.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin