Bakının Yasamal rayonunda, Həsən bəy Zərdabi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasındakı obyektdə baş vermiş yanğın söndürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
FHN-dən bildirilib ki, qurumun qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb və alov qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri FHN əməkdaşları tərəfindən təxliyə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.





Bizim.Media

- A-
- A
- A+
Multimedia
20:26 / 10.06.2026
Yasamalda obyektdəki yanğın söndürüldü - VİDEO
Hazırda oxunan: Yasamalda obyektdəki yanğın söndürüldü - VİDEO
Hazırda oxunan: Yasamalda obyektdəki yanğın söndürüldü - VİDEO
618526
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































