Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən “Tofas” və “Mercedes” markalı avtomobillərin sürücüləri Hüseyn Tağızadə və Zamin Mehdiyev saxlanılıblar.
Bizim.Media xəbər verir ki, araşdırma zamanı H.Tağızadənin nəqliyyat vasitəsini sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilib.
Hər iki sürücü barəsində inzibati protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən, H.Tağızadə inzibati qaydada həbs olunub, Z.Mehdiyevin isə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
16:43 / 08.06.2026
Saatlıda toy karvanında “avtoşluq” edən şəxs HƏBS OLUNDU – VİDEO
Hazırda oxunan: Saatlıda toy karvanında “avtoşluq” edən şəxs HƏBS OLUNDU – VİDEO
Hazırda oxunan: Saatlıda toy karvanında “avtoşluq” edən şəxs HƏBS OLUNDU – VİDEO
618002
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































