Rusiyalı təbliğatçı Sergey Mardan Kremlə İrəvana “500 desantçı” göndərərək Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyəti devirməyə çağırıb.
Bizim.Media xəbər verir ki, Mardan “Solyovyev Live”in efirində bu barədə danışıb.
Mardan Rusiyanın Ermənistandan bir sıra məhsulların idxalına qadağa qoymasını “aciz addım” adlandırıb.
“Düzünü desəm, dünənki ‘biz erməni güllərini almayacağıq’ bəyanatı o qədər aciz görünürdü ki, çoxlu utancverici xatirələri yada saldı. Həqiqətən də biz fitoftora, Moldova şərabı və digər məsələlərlə bağlı eyni dairədə fırlanırıq. Bunun əvəzinə 500 desantçını İrəvana göndərib hakimiyyəti dəyişmək lazımdır”, – deyə o bildirib.
Qeyd olunub ki, Ermənistanda iyunun 7-də keçiriləcək həlledici seçkilər ərəfəsində aparılan son sorğu Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyasının qərar vermiş seçicilərin təxminən 65 faizinin dəstəyini qazana biləcəyini göstərir. Bu isə partiyaya inamlı qələbə və gələcək parlamentdə əhəmiyyətli çoxluq vəd edir.
Bizim.Media






























































































