Kürdəmirdə süd emalı zavodunun həyətində güclü yanğın – VİDEO

Hazırda oxunan: Kürdəmirdə süd emalı zavodunun həyətində güclü yanğın – VİDEO

616525

Kürdəmirdə yanğın hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayon ərazisində yerləşən süd emalı zavodunun həyətində qeydə alınıb.

Qısa zamanda alovun ərazisi böyüyüb və təqribən 1 hektara yaxın sahədə kol-kos və ağaclar yanıb. Hadisə nəticəsində ərazidəki elektrik və internet xətləri zədələnib.
 

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kürdəmir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın lokallaşdırılıb və genişlənməsinin qarşısı alınıb.


Hazırda yanğının başvermə səbəbləri araşdırılır.


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin