Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının hərbi qulluqçuları Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə DSX-dən məlumat verilib.
Bildirilib ki, baytar həkimin ilkin tibbi yardımından sonra zəruri tədbirlər görülərək onun təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilib.
Hazırda cüyür balasının aidiyyəti dövlət qurumuna təhvil verilməsi istiqamətində müvafiq tədbirlər görülür.
"İşğaldan azad olunmuş ərazilərdə dövlət sərhədinin mühafizəsi ilə yanaşı, ətraf mühitin və biomüxtəlifliyin qorunması, nadir və nəsli kəsilməkdə olan fauna növlərinin mühafizəsi Dövlət Sərhəd Xidmətinin daim diqqət mərkəzində saxlanılır. Xidməti ərazilərdə ekoloji təhlükəsizliyin təmin olunması, təbii sərvətlərin qorunması və ekosistemin mühafizəsi məqsədilə aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq şəraitində ardıcıl tədbirlər həyata keçirilir", - DSX-nin məlumatında bildirilib.



Bizim.Media

- A-
- A
- A+
Multimedia
18:16 / 26.05.2026
Hərbçilərimiz köməksiz qalan CÜYÜR BALASINI xilas ediblər - FOTO/VİDEO
Hazırda oxunan: Hərbçilərimiz köməksiz qalan CÜYÜR BALASINI xilas ediblər - FOTO/VİDEO
Hazırda oxunan: Hərbçilərimiz köməksiz qalan CÜYÜR BALASINI xilas ediblər - FOTO/VİDEO
615596
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































