Ağsuda DƏHŞƏTLİ QƏZA:Ölənlər və yaralılar var - VİDEO

Hazırda oxunan: Ağsuda DƏHŞƏTLİ QƏZA:Ölənlər və yaralılar var - VİDEO

615420

Ağsu rayonunda ölümlə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə bu gün gecə saat 03:00 radələrində Ağsu rayonunun Dilman kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, "BYD" markalı, 77-NO-925 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq Ağsu çayının qoruyucu daş-beton bəndinə çırpılıb. Zərbənin gücündən avtomobil daha sonra bir neçə dəfə yuvarlanaraq təxminən 100 metr hündürlükdən çayın yatağına düşüb.

Qəza zamanı avtomobildə olan 4 nəfərdən ikisi — 27 yaşlı Kamran Cəfərov və 22 yaşlı Səid Asif oğlu Qasımov aldıqları xəsarətlərdən hadisə yerindəcə həyatını itirib.
 

Maşında olan digər iki sərnişin — 21 yaşlı İsmayıl Etibar oğlu Baxışov və 20 yaşlı Şahvələt Asəf oğlu Şəfəqətov isə ağır bədən xəsarətləri ilə dərhal Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır. Qəzanın dəqiq başvermə səbəbləri təhqiqatın sonunda məlum olacaq.






Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin