Hikmət Hacıyev WUF13-ü işıqlandıran jurnalistlərə təşəkkür etdi – VİDEO

Hazırda oxunan: Hikmət Hacıyev WUF13-ü işıqlandıran jurnalistlərə təşəkkür etdi – VİDEO

614787

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev WUF13-ün sonuncu günündə jurnalistlərlə söhbətləşib. 

Bizim.Media xəbər verir ki, o, jurnalistlərə Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasında (WUF13) gördükləri işlərə görə minnətdarlığını bildirib. 

“Azərbaycan mediası öz vətənpərvərliyini və peşəkarlığını göstərdi. Dəqiq və çevik formada bütün bu məlumatlar ictimaiyyətə çatdırıldı.
 

Həmçinin Azərbaycan mediası öz peşəkarlığını beynəlxalq media ilə birlikdə, hətta rəqabət prinsipləri əsasında fəaliyyət göstərərək çox operativ surətdə məlumatların verilməsini təmin etdi.


Buna görə hər birinizə təşəkkür edirəm, bilirəm çox ağırlı və zəhmətli bir iş idi. Hər gün erkən saatlardan axşamadək intensiv fəaliyyət göstərirdiniz. Sizin fəaliyyətinizin nəticəsidir ki, ölkə ictimaiyyətində də WUF13-ə çox böyük maraq var. Sizin hər birinizə, redaksiyalarınıza, fotoqraflara öz təşəkkürümü bildirirəm”, - H. Hacıyev qeyd edib.  

Həmin görüntüləri təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin