“Bakı qlobal şəhərsalma ictimaiyyətinin görüş məkanına çevriləcək” - VİDEO

Hazırda oxunan: “Bakı qlobal şəhərsalma ictimaiyyətinin görüş məkanına çevriləcək” - VİDEO

613820

“Bu gün təkcə Azərbaycan üçün deyil, bütövlükdə qlobal şəhərsalma ictimaiyyəti üçün mühüm gündür”.

Bizim.Media xəbər verir ki, bunu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev forum çərçivəsində keçirilən mətbuat konfransında deyib.
 

Onun sözlərinə görə, qarşıdakı günlərdə Bakı hökumətlərin, beynəlxalq təşkilatların, maliyyə institutlarının, akademik dairələrin, vətəndaş cəmiyyətinin, gənclərin, qadınların, özəl sektorun və yerli icmaların görüş məkanına çevriləcək.


Anar Quliyev bildirib ki, forum şəhərsalma, davamlı inkişaf və urbanizasiya sahəsində qlobal çağırışların müzakirəsi üçün mühüm platformadır.

O qeyd edib ki, tədbir çərçivəsində şəhərlərin gələcəyi, iqlim dəyişiklikləri, sosial inklüzivlik və dayanıqlı yaşayış mühiti ilə bağlı məsələlər diqqət mərkəzində olacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin