İrlandiyada bir it sahibini gözləyərkən etirazını qəribə şəkildə bildirib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, park edilmiş avtomobildə iki itdən biri gözləməkdən bezib acıqlanıb.
Dördayaqlı sərnişin sahibini tələsdirməyə çalışırmış kimi siqnallamağa başlayıb. Həmçinin qəzəblə yerində atılıb-düşüb.
Yoldan keçənlər qeyri-adi sərnişini gülüşlə qarşılayıblar.
Bizim.Media









































































































