Rusiya XİN xarici ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşlarını Kiyevdən təxliyə etməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə bəyanat Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc edilib.
"Rusiya Xarici İşlər Nazirliyi ölkənizin hakimiyyət orqanlarını/təşkilatınızın rəhbərliyini bu bəyanata son dərəcə məsuliyyətlə yanaşmağa və Kiyevdən diplomatik və digər nümayəndəliklərin əməkdaşlarının vaxtında təxliyəsini təmin etməyə çağırır"”, - nazirliyin sözçüsü Mariya Zaxarova bildirib.
Diplomat əlavə edib ki, Kiyev hakimiyyəti Rusiya Silahlı Qüvvələrinin Kiyevə, o cümlədən onun qərar qəbuletmə mərkəzlərinə qarşı qisas zərbəsinin qaçılmazlığı səbəbindən mülki şəxslərin təxliyəsini də təmin etməlidir.
Zaxarova vurğulayıb ki, Kiyev rejimi Qələbə Günü bayramı zamanı cinayətkar terrorçu planlarını həyata keçirərsə, qisas zərbəsi endiriləcək.
O, həmçinin əlavə edib ki, Rusiyanın xaricdəki diplomatik nümayəndəlikləri akkreditasiya olunduqları ölkələri və beynəlxalq təşkilatları bu barədə məlumatlandırırlar.
Bizim.Media







































































































