Zelenski: “Moskvadakı parada Ukrayna dronları “baş çəkə” bilər” - VİDEO

Hazırda oxunan: Zelenski: “Moskvadakı parada Ukrayna dronları “baş çəkə” bilər” - VİDEO

611054

Ukrayna Prezidenti Volodimir Zelenski Moskvada keçiriləcək 9 May paradı ilə bağlı açıqlama verib.

Bizim.Media xəbər verir ki, Zelenski bunu İrəvanda keçirilən Avropa Siyasi Birliyinin VIII sammiti çərçivəsində deyib.
 

Onun sözlərinə görə, bu il Rusiyada 9 May paradı zamanı hərbi texnikanın nümayişi planlaşdırılmır.


“Lakin həmin parada Ukrayna dronları “baş çəkə” bilər”, - deyə Ukrayna lideri bildirib.

Zelenski qeyd edib ki, bu yay Rusiya Prezidenti Vladimir Putin qarşısında ciddi seçim olacaq:

“Putin bu yay nə edəcəyinə qərar verəcək — müharibəni genişləndirmək, yoxsa diplomatik yola getmək. Biz onu diplomatiyaya sövq etməliyik”.

Qeyd edək ki, Zelenski İrəvanda keçirilən Avropa Siyasi Birliyinin VIII sammitində iştirak edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin