Mayami Qran-prisində yaşanan bir an qısa müddətdə sosial şəbəkələrdə viral olub və hətta yarış həftəsonunun idman hadisələrini belə kölgədə qoyub.
Bizim.Media xəbər verir ki, “Sky Sports”un canlı yayımı zamanı operatorun diqqəti bir neçə saniyəlik qara qısa top geyinmiş cazibədar brunet qadına yönəlib.
Həmin vaxt Formula 1 çempionu Censon Batton aparıcılar Saymon Leyzenbi və Naomi Şifflə birlikdə ekspert təhlili aparırdı. Lakin tamaşaçıların, görünür, elə operatorun da diqqəti texniki zonada inamla hərəkət edən sirli modelə yönəlib.
Kamera bir müddət onu izlədikdən sonra McLaren mexaniklərindən birinə çevrilib. Sosial şəbəkə istifadəçiləri mexanikin üz ifadəsini “çaşqın” və “heyrətlənmiş” kimi şərh ediblər.
Epizod qısa müddətdə internetdə yayılıb və geniş müzakirələrə səbəb olub.
Sosial şəbəkə istifadəçiləri çox keçmədən həmin qadının kimliyini müəyyənləşdiriblər. Onun xorvatiyalı model və influenser İvana Knoll olduğu üzə çıxıb.
Knoll 2018-ci ildə Rusiyada keçirilən futbol üzrə dünya çempionatı zamanı geniş tanınıb. O, Xorvatiya millisini dəstəklədiyi tribunalardakı parlaq və diqqətçəkən geyimləri ilə məşhurlaşmışdı.
Məhz həmin turnirdən sonra ona “dünyanın ən cazibədar futbol azarkeşi” ləqəbi verilib.
Hazırda 33 yaşlı İvana Knollun “Instagram”da təxminən 3 milyon izləyicisi var və o, artıq beynəlxalq media fiquruna çevrilib.
İvana Mayamidə yaşayır və Formula 1-in yerli mərhələsinin daimi qonaqlarından biri sayılır. Yarış 2022-ci ildə Florida mərhələsi kimi Formula 1 təqviminə daxil edildikdən sonra o, hər Mayami Qran-prisində iştirak edib.
Model karyerası ilə yanaşı, Knoll özünü DJ kimi də inkişaf etdirir. 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatından sonra onun geyimləri yenidən geniş rezonans doğurmuş və müzakirələrə səbəb olmuşdu.
Bizim.Media




































































































