Balakəndə kanalizasiya borularını oğurlayan şəxs saxlanıldı – VİDEO

Hazırda oxunan: Balakəndə kanalizasiya borularını oğurlayan şəxs saxlanıldı – VİDEO

610521

Balakəndə kanalizasiya borularını oğurlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan Bizim.Media-ya verilən xəbərə görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində kanalizasiya borularını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
 

Araşdırmalarla müəyyən olunub ki, 39 yaşlı Famil Layıcov ümumilikdə 514 metr uzunluğunda kanalizasiya borularını oğurlayıb. Onun boruların bir hissəsini satdığı müəyyən edilib.


Keçirilən digər tədbir zamanı isə məişət və tikinti əşyaları oğurlanmaqda şübhəli bilinən 46 yaşlı Eldəniz Xəlilov da saxlanılıb.

Onun oğurladığı əşyaların bir hissəsi yaşadığı ünvandan aşkar edilərək maddi sübut kimi götürülüb.

Araşdırmalar davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin