Kinoşünas Aydın Dadaşov vəfat edib

Hazırda oxunan: Kinoşünas Aydın Dadaşov vəfat edib

172192

Bu gün gecə saatlarında kinoşünas, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri professor Aydın Dadaşov dünyasını dəyişib.xa0

Moderator.az xəbər verir ki, bu barədə professorun yaxın qohumları, dostları və ailə üzvləri facebook sosial şəbəkəsində məlumat yayıblar. xa0Mərhumun ürək tutmasından vəfat etdiyi deyilir.xa0
Qeyd edək ki, martın birində Aydın Dadaşovun 65 yaşı tamam olmuşdu.xa0

Aydın Ərşad oğlu Dadaşov 1 mart 1952-ci ildə Ağdamda anadan olub. 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) iqtisad fakültəsini bitirib. 1980-ci ildə Leninqrad Dövlət Теаtr, Мusiqi və Kinematoqrafiya İnstitutunda (indiki Sankt-Peterburq Teatr Akademiyası) dram sənəti üzrə təhsil alıb. 1982-ci ildə Moskvada ikiillik ali rejissorluq və ssenari kurslarını bitirib.
Aydın Dadaşov ömrünün sonuna qədər xa0Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Kinoşünaslıq» fakültəsinə rəhbərlik edib. Onun yazdığı “Dramaturgiya”x9d, “Ekran dramaturgiyası”x9d, “Ssenari yaradıcılığı”x9d, “Ekran publisistikası”x9d, “Televiziya reklamı”x9d, “Televiziya reklamı demokratiya və bazar iqtisadiyyatı kontekstində”x9d, “Kinoşünaslıq”x9d, “Rejissorluğun üslub problemləri”x9d, “Müasir Azərbaycan dramaturgiyası”x9d dərslikləri, “İran kinosunun inkişaf təmayülləri”x9d monoqrafiyası tədris prosesində geniş istifadə olunur.

1975-ci ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm”x9d kinostudiyasında çalışmağa başlayan Aydın müəllimin onlarla filmin ərsəyə gəlməsində əvəzsiz xidmətləri olub.

Elmin Nuri



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin