Bu günün tarixi (01.09.2013)

Hazırda oxunan: Bu günün tarixi (01.09.2013)

33021

 

Miladi: 01 sentyabr 2013
Hicri: 24 şəvval 1434

İlin 244-cü günü
İlin sonuna 121 gün qalır

Bu günün namaz vaxtları 

Fəcr - 05.53
Günəş - 07.06
Zöhr - 13.45
Əsr - 17.57
Məğrib ”“ 20.29
İşa ”“ 21.51

1752 ”” Azadlıq Zəngi Filadelfiyaya aparılıb. 

1919 -Xalq Cümhuriyyətinin parlamenti Azərbaycanın ilk ali təhsil müəssisəsinin - Bakı Dövlət Universitetinin yaradılması barədə qanun qəbul edib. Parlament həmçinin hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qərar qəbul etmişdi. 

1928 ”” Əhməd Zoqu Albaniyanı monarxiya, özünü isə kral elan edib. 

1939 ”” Corc C. Marşal Birləşmiş Ştatlar Ordusunun ştab rəisi olub. 

1949 - Azərbaycan SSR-də icbari 7-illik təhsilə keçid başlayıb. Sovet hökuməti 1931-ci ildə ölkədə icbari ibtidai təhsil (1-3-cü sinif) barədə qərar qəbul etmişdi. Həmin qərara əsasən, 30-cu illərin sonunda 7-illik təhsilə keçid həyata keçirilməli idi. Lakin müharibə (1941-1945) və sonrakı ağır sosial-iqtisadi vəziyyət bu qərarı xeyli ləngitmişdi. 1959-cu ildə icbari 8-illik təhsilə (natamam orta təhsil), 1966-cı ildə isə icbari 10-illik təhsilə (tam orta təhsil) keçid təmin olundu. 

1951 ”” Londonda dünyada ilk supermarket açılıb. 

1962 ”” İranda zəlzələ nəticəsində 20 000 nəfər həlak olub. 

1969 ”” Müəmmər Qəzzafi Liviyada çevriliş yolu ilə rəhbərliyi ələ alıb.

1992 - Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 26-da tanıyıb) arasında diplomatik münasibətlər qurulub. 

1993 - Prezident səlahiyyətlərini həyata keçirən Heydər Əliyev hökumətdə bir sıra təyinatlarla bağlı fərmanlar imzalayıb: Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Həsən Həsənov xarici işlər naziri, general-mayor Məmmədrəfi Məmmədov müdafiə naziri, Səməd Sadıqov iqtisadiyyat naziri, Elçin Əfəndiyev baş nazirin müavini, Qalib Ağayev Milli Bankın İdarə Heyətinin sədri təyin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin