Qidaların üzərində yazılan son istifadə tarixi sağlamlığımız üçün son dərəcədə böyük əhəmiyyət daşıyır. Ancaq bəzi qidalar var ki, son istifadə tarixi keçsə də qəbul edilə bilər və sağlamlıq üzərində heç bir mənfi təsiri yoxdur.
Moderator.azxa0həmin qidaların adlarını oxuculara təqdim edir:
Çipsi

Son istifadə tarixindən bir ay sonraya qədər çipsiləri qəbul edə bilərsiniz və bu vəziyyət sizi xəstə etməz. Dadı bir az bayat olsa da onları sobada yeniləyə bilərsiniz. Bayat olmaması üçün ən doğrusu paketi açmamaq ya da açdıqdan sonra qapalı qablarda saxlamaqdır.
Şokalad

Şokalad son dərəcə dözümlü bir qidadır. Dadı dəyişmədiyi müddətcə qəbul oluna bilər. Uzun müddət qalan şokaladın üzərində yaranan ağ təbəqə kif deyil, şokaladın yağıdır.
Çörək

Çörəyin son istfadə tarixi keçsə də kiflənmədiyi təqdirdə qəbul edilə bilər. Çörəkləri soyuducuda saxlamaq son isitfadə tarixini uzadır.
Yumurta

Yumurta son istifadə tarixinin üzərindən 3 ilə 5 həftə keçsə də təzəliyini qoruyur. Saxlanılan yumurtaların "salmonella" bakteriyası yaratmaması üçün aşağı temperaturda saxlanması lazımdır.
Makaron

Əgər makaronun paketi açılmayıbsa üzərindəki tarixdən etibarən 2 ilə qədər istifadə edilə bilər.xa0
Pendir

Pendirin yararsız olduğunu anlamağın ən asan yolu qoxusuna baxmaqdır. Kiflənən pendir qəbul oluna bilər, ancaq qoxusunda ciddi dəyişiklik olan pendirləri sağlamlığınız üçün yeməməyiniz məsləhətdir.
Qatıq

Qatığın ömrü 6 həftədən uzundur. Əgər üzərində kif təbəqəsi yaranıbsa o hissəni kənara qoyub qalanını istifadə edə bilərsiniz.
Kamran



































































































