VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının beşinci günündə Bizim.Media-nın masasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı, şair Zemfira Ziyadqızının oxucularla görüşü keçirilib.
Bizim.Media xəbər verir ki, müəllifin "Qırxıncı pillə" poemasının təqdimatı keçirilib. Bu, onun 3-cü kitabıdır.
MÖVZU İLƏ BAĞLI:
Şairə Zeynəb Cəmaləddinin oxucularla görüşü keçirilib - FOTO
O, həmçinin, "Hu-man", "Yaquar Pəncəsi" adlı kitabların müəllifidir.
Xatırladaq ki, VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı davam edir.
Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.


Nəzrin Mirzəyeva, İntiqam İbrahimov, Bizim.Media



































































































