Bu il may ayının 1-nə Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 17.92% təşkil edib.
Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, manatla yeni verilmiş kreditlərin orta faiz dərəcəsi aylıq müqayisədə 0.87 faiz bəndi, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 0.95 faiz bəndi azalıb.
Qeyd edək ki, cari ilin mayın 1-nə Azərbaycanda bankların kredit portfelinin həcmi 30 milyard 609.2 milyon manata bərabər olub. Kredit portfelinin 16 milyard 312.6 milyon manatı biznes kreditlərinin, 9 milyard 629.4 milyon manatı istehlak kreditlərinin, 4 milyard 667.2 milyon manatı isə ipoteka kreditləri təşkil edib.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
15:54 / 26.05.2026
Azərbaycanda manatla verilmiş kreditlər UCUZLAŞIB
Hazırda oxunan: Azərbaycanda manatla verilmiş kreditlər UCUZLAŞIB
Hazırda oxunan: Azərbaycanda manatla verilmiş kreditlər UCUZLAŞIB
615547
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































