İrəvanda "TRIPP" layihəsi üzrə çərçivə sazişi İMZALANDI

Hazırda oxunan: İrəvanda "TRIPP" layihəsi üzrə çərçivə sazişi İMZALANDI

615561

Ermənistan ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında "Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Nizamnamə" imzalanıb.

Bizim.Media xəbər verir ki, sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın dövlət katibi Marko Rubio imzalayıblar.

Tərəflər, həmçinin "TRIPP" layihəsi üzrə əməkdaşlığa dair çərçivə sazişi, eləcə də faydalı qazıntıların hasilatı və emalı sahəsində çərçivə memorandumuna imza atıblar.

Sənədlərin rəsmi imzalama mərasimi İrəvanın "Zvartnos" beynəlxalq hava limanında baş tutub. Dövlət katibi M.Rubio Ermənistanın paytaxtına xanımı Canet (Janet) ilə birlikdə cəmi bir neçə saatlıq gəlib. ABŞ rəsmisi İrəvana qısamüddətli işgüzar səfərini Hindistandan Vaşinqtona qayıdarkən yolüstü reallaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin