Piotr Tolstoy: "Ermənistanın Aİİ çərçivəsindəki üstünlükləri asanlıqla yox ola bilər"

Hazırda oxunan: Piotr Tolstoy: "Ermənistanın Aİİ çərçivəsindəki üstünlükləri asanlıqla yox ola bilər"

615560

Ermənistan rəsmi İrəvanın anti-Rusiya bəyanatları, rus dilinin sıxışdırılması və Moskvaya düşmən kəsilən tərəflərlə yaxınlaşması səbəbindən Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlükdən doğan üstünlüklərini tamamilə itirə bilər. Rusiya bu addımları cavabsız qoya bilməz.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının vitse-spikeri Piotr Tolstoy "Ermənistan Rusiyasız və Rusiya Ermənistansız: səbəblər, nəticələr və perspektivlər" mövzusunda keçirilən dəyirmi masa zamanı bəyan edib.

Rusiyalı deputat İrəvanın mövcud xarici siyasət kursunun iqtisadi nəticələr doğuracağını vurğulayıb:
 

"Ermənistanın indiyədək yararlandığı və ölkənin hazırkı rəhbərliyinin daxili siyasətdə də istifadə etdiyi Aİİ üzvlüyü ilə bağlı üstünlüklər çox asanlıqla yox ola bilər. Çünki anti-Rusiya xarakterli bəyanatlar, rus dilinin təqib edilməsi, kəskin ittihamlar və Zelenski ilə olan isti qucaqlaşmalar, təbii ki, Rusiya Federasiyası tərəfindən cavabsız qala bilməz".


Tolstoy, həmçinin əlavə edib ki, Rusiya tərəfi "Rusiyasız keçinə biləcəklərini düşünən erməni siyasətçilərin fəaliyyətinə rəsmi reaksiya vermək və onları ağla gətirmək üçün" ardıcıl olaraq lazımi tədbirlər görəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin