“Çağdaş Poeziyamızın Nəğməkarı” oxucularla BİR ARADA - FOTO

Hazırda oxunan: “Çağdaş Poeziyamızın Nəğməkarı” oxucularla BİR ARADA - FOTO

615472

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının beşinci günündə Bizim.Media-nın masasında yazar Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı, şair-publisist, Yusif Nəğməkarın oxucularla görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, Yusif Nəğməkarı ilk dəfə ədəbiyyata 1977-ci ildə Xalq şairi Rəsul Rza təqdim edib. Onun indiyədək 30-a yaxın kitabı işıq üzü görüb.
 

MÖVZU İLƏ BAĞLI:

Bir yerdə ölüb, min yerdə məzarı olan Yunus Əmrə YARADICILIĞI – Şeirləri sərhəd AŞIR - FOTO


Şairin festivalda "Ələsgər zirvəsi", "Çağdaş poeziyamızın nəğməkarı" adlı kitabları oxuculara təqdim edilib.

Xatırladaq ki, VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı davam edir.

Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.




Nəzrin Mirzəyeva, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin