“Yaşa Azərbaycan” mahnısının sözlərinin müəllifi oxucuları ilə görüşdü – FOTO

Hazırda oxunan: “Yaşa Azərbaycan” mahnısının sözlərinin müəllifi oxucuları ilə görüşdü – FOTO

615558

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının beşinci günündə Bizim.Media-nın masasında Azərbaycan Yazıçılar Birliyinin üzvü şairə Elmira Aslanxanlı Turan ilə görüş keçirilib.

Bizim.Media xəbər verir ki, 25 kitab müəllifi şeirlərini daha çox vətənpərvərlik mövzusunda yazdığını bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Türkoloji Qurultayda poeziya RUHU – FOTO


Onun şeirləri Özbəkistan, İran, Türkiyə kimi bir çox ölkələrdə tərcümə olunub.

“Şəhidliyin Turan rəngi”, “Vətən aşiqləri”, “Zəfər qoxulu oğullar”, “Turanın qoşa zirvəsi”, “Yurd ağrısı” kimi müxtəlif adlı şeirlər kitablarının yazarı, həm də 24 vətənpərvərlik mövzusunda ərsəyə gələn mahnının sözlərinin müəllifidir.

Şairə Nurlan Ordubadlının oxuduğu məşhur “Yaşa Azərbaycan” mahnısının sözlərinin də ona məxsus olduğunu qeyd edib:

“Bu mahnı bütün dünyada sevilir. Bu da məni çox sevindirir. Amma mən orada “can Azərbaycan” yazmışam, N.Ordubadlı isə “Yaşa Azərbaycan” olaraq dəyişib oxuyub. Əvvəl məndən icazə almadan oxumuşdu, sonra icazə aldı”.

Xatırladaq ki, paytaxtda VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı mədəniyyət hadisəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, "İnam Mühafizə" şirkəti, "Mədəniyyət" kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.


Naibə Məmmədova, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin