Əsgərlər Lələtəpədə xanım deputat üçün gül dərdi - FOTOLAR

Hazırda oxunan: Əsgərlər Lələtəpədə xanım deputat üçün gül dərdi - FOTOLAR

220234

Milli Məclisin sədr müavini Bahar Muradova işğaldan azad olunmuş Lələtəpə zirvəsində hərbi qulluqçularla görüşüb.xa0

Moderator.az xəbər verir ki, əsgərlər millət vəkilinə Lələtəpədən dərilmiş lalə gülləri və digər çiçəklər hədiyyə ediblər. Bu haqda təəsüratlarını paylaşan B. Muradova deyib: “Dəmir dəbilqəli, zireh geyimli, çiyni silahlı bir əsgərin zirvədən dərdiyi lalələrlə məni qarşılayarkən dediyi “Bunlar lalə deyil, mərd oğulların bir zaman su kimi torpağa hopmuş qanıdır, göyərib üzə çıxıb” sözlərindən çox duyğulandım. Kövrəldiyimi görən əsgər sonra əlavə etdi ki, işğal altında olan digər torpaqlarımızı da azad edəcəyik. Aprel zəfəri təkrarlanacaq. İnşallah, gələn yaza Şuşa, Xankəndi, Laçın, Kəlbəcər və digər yurd yerlərimizdə də hər tərəf al-qırmızı lalələrə bürünəcək”.




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin