Bu şəhərdə nə qanun var, nə qadağaÂxa0 - MARAQLI FOTOLAR

Hazırda oxunan: Bu şəhərdə nə qanun var, nə qadağaÂxa0 - MARAQLI FOTOLAR

165577

Kaliforniada tərk edilmiş bir hərbi bazada yaşayanlar ölkənin "qanunsuz" olan yeganə şəhərini salıblar.

Moderator.az xəbər verir ki, aralarında şəhər həyatına uyğunlaşmayan işsizlərin, narkomanların və köçkünlərin olduğu 2000 nəfər ABŞ-ın Kalifornia əyalətinin kənarındakı köhnə hərbi bazada həyatlarını davam etdirirlər. Şəhərin sakinləri kapitalizmin ağırlaşdırdığı həyatdan qaçaraq burada məskunlaşdıqlarını deyirlər. Onlara görə bura Amerikanın var olan son azad ərazisidir.

İkinci Dünya Müharibəsi zamanı hərbi baza kimi istifadə edilən həmin bölgəyə beton dökülüb. Bundan qaynaqlanaraq şəhərə "Slab City" (Beton Şəhər) adını veriblər.

Şəhərin sakinləri ev əvəzinə avtoqoşqularda, samanlıqlarda üstünlük verirlər. Beton şəhərin əhalisi arasında qadınlar çoz azdır.xa0

Qanun və qadağaların olmadığı bu qəribə şəhərlə bağlı sənədli film çəkilib.xa0



Zəhra

























© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin