Elçibəy "Zon"da ukraynalı zabiti necə mat elədi? - MARAQLI

Hazırda oxunan: Elçibəy "Zon"da ukraynalı zabiti necə mat elədi? - MARAQLI

141142
Moderator.az elan etdiyi “Elçibəy ayı”x9d layihəsində növbəti yazını təqdim edir.xa0

Milli Azadlıq Hərəkatının lideri mərhum Əbülfəz Elçibəy 1975-ci ildə həbs olunan zaman onu cəzasını çəkmək üçün Qaradağ Daş Karxanasına göndərirlər. Daş Karxanasında cəza çəkənlərin bəziləri Bəyi yaxşı tanıyırmış. Buna görə də onu orada çox hörmətlə qarşılayırlar, xüsusi diqqət və qayğı göstərirlər. Daş Karxanasındakı bütün dustaqların daş yükləməsinə baxmayaraq, fəhlələr Bəyin daş atmasına imkan vermirlər.xa0

Əbülfəz Elçibəy Qaradağ Daş Karxanası haqqında xatirlərində belə yazır:xa0

“Sıraya düzüb bölük-bölük briqada halında piyada hər tərəfimizdə rus millətindən olan hərbçilər avtomatlı çəpərli, tikanlı məftillə əhatə olunmuş zonaya bir-bir sayıb qapıdan buraxırdılar. Orada özümüzü azad hiss edirdik. Orada maşınla kəsilən daşları, kubikləri kənara, ya da maşınlara yükləyirdik. Hər bir dustaq 600-700-1000 dənəyə kimi daş kubik yığmalı idi. Mən birinci gün daş toplamağa başladım. Hər kubik daşın ağırlığı 25-30 kq idi. İş ağır idi. Yoldaşlar mənə kömək edirdilər. Bir neçə gündən sonra orada yaxınlıqda işləyən fəhlələr mənə işləməyə icazə vermədilər. Havalar istiləşirdi. Gün adamı yandırırdı. Orada işləyən qruplar kölgəliklər düzəldib günorta vaxtı çörək-çay yeyib-içib dincəlirdilər. Bizim də dəstəmiz 4-5 nəfər, dərin qazma şəklində bir yer düzəltmişdi. Dəmir betonla bərkidilmiş qapı da salmışdılar. Gətirdiyimiz yeməkləri, çayı, qəndi, suyu, tapdığımız yeməkləri, azuqələri orada saxlayırdıq və dincəlirdik. Nərd, şahmat, domino oynayırdıq. Bizimlə bərabər orada işləyən dustaqlar qrup - qrup bu cür yer düzəldib dincəlirdilər. Bir müddət, 1975-ci ilin yayı-qışı yoldaşlarımla "zon"da belə yaşadıq. 1976-cı ilin yaz vaxtı belə bir əmr verildi ki, "zon"un daxilində düzəldilmiş qazmalar dağıdılsın, sökülsün. Buna rəhbərlik edən bir zabit idi. Bir neçə rus əsgərləri ilə birgə. Sökülmək vaxtı bizim düzəltdiyimiz qazmaya, yəni yeraltı evimizə gəlib çatdı. Zabit ukraynalı idi. Zabitlə qazmaya girdik. O, baxıb gördü ki, çox təmiz, səliqəli yerdir. Nərd, şahmat taxtasını görüb soruşdu ki, burada şahmat oynayan var? Dedim ki, bəli var. Zabit dedi ki, gəl bir şahmat oynayaq, hələ ki, evinizi sökməyiblər. Dedim oynayaq, bu şərtlə ki, əgər sən udsan evi sök, mən udsam evimizi sökmə. Baxıb gülümsədi. Bir andan sonra razılaşdı. Stola oturduq. Şahmatı çox yaxşı oynayırdı. Oynamağa başladıq. Xeyli vaxt çəkəndən sonra çətinliklə mən o zabiti uddum. Əl-ələ verib məğlub olduğunu bildirdi. Uşaqlar hazırladığı çaya, xörəyə qonaq etdilər. Çətinliklə razılaşıb yeyib-içib gedəndə dedi ki, sizin qazma mən burada olunca yaşayacaq. O biri qazmalar bir yandan sökülürdü. Bir yandan da tikirdilər. "Zon"da 2500-3000-ə kimi dustaq işləyirdi”x9d.xa0

Rumiyyəxa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin