Dünyanın elə ölkələri var ki, onlar füsünkar təbiət gözəlliklərinə malik olsalar da iqtisadi durumlarının zəifliyi səbəbindən bahalı turizm imkanlarından məhrumdurlar. Belə ölkələrin gözəl guşələrində su qiymətinə tətil keçirmək olar. Moderator.az həmin ölkələrdən beşini təqdim edir:
1.Boliviya
Bu ölkədə çox ucuz qiymətə görməli yerləri gəzə və yemək yeyə bilərsiniz. Muzeylər və təbiət mənzərələrinin seyri cəmi 2 ABŞ dollarına başa gəlir. Yəni ümümilikdə 4 dollar ödəməklə həm gəzib, həm də yeyə bilərsiniz.

2.Şri - Lanka
Əsarərəngiz təbiəti ilə dünyanın az qala 8-ci möcüzəsi hesab edilən Şri Lanka çox təəssüf ki, turizm baxımından öz dəyərini layiqincə ala bilməyib. Təsəvvür edin ki, hər addımı göz oxşayan yaşıllıqlar, şəlalələr olan bu ölkənin otelində cəmi bir neçə dollara qalmaq mümkündür. Ora 250 dollar aparmısınızsa artıq ən lyüks qonaq sayıla bilərsiniz.

3.Argentina

Bizə əsasən futbol və seriallarla tanınan uzaq Argentina həm də bənzərsiz gecə həyatına sahibdir. Buenos-Ayres dünyanın ən çılğın gecə həyatına sahib ölkələrindən biridir. Amma başqa yerlərlə müqayisədə oradakı tətil çox ucuzdur. Ən bahalı turizm məkanında bir günün qiyməti 50 dollardan aşağıdır. Bura həm gəzinti, həm yemək, həm də otel xərcləri daxildir.

4.Honduras
Şimali Amerikanın qədri bilinməyən ölkələrindən biri də Hondurasdır. Biz qədir bilinməməyi sırf onun təbiətinə nəzərən deyirik. Həm Honduras, həm də onun qonşuluğnda yerləşən Beliz, Kosta-Rika, Qvatamela kimi ölkələr təbiətinə görə Maldiv adalarından heç də geri qalmır. Amma Maldiv adalarına yalnız kimlərin getdiyini biz əla bilirik. Eyni əsrarəngiz təbiətə malik Hondurasda isə biz günümüzə yalnız 30 dollar xərcləməklə bu lyüksu yaşaya bilərik.

5.Tailand
Tailand sahilləri bu gün də nə zamansa layiqli qiymətini alacağını düşünür. Təsəvvür edin ki, ən gözəl çimərlik reklam çarxları bu sahillərdə çəkilib. Amma insanlar buranı deyil, Havay adalarını, İspaniya sahillərini bəyənir. Cəmi 300 dollarla burada bir aylıq yer kirayələyə bilərsiz. Ən yaxşı oteldə gündəlik qiymət əlli dollardan da aşağıdır. Qalır bircə turistlərin gəlməsi....
Hazırladı: Elmin Nuri





































































































