ABŞ yarım əsr sonra Kubada traktor zavodu tikir...

Hazırda oxunan: ABŞ yarım əsr sonra Kubada traktor zavodu tikir...

121579
ABŞ yarım əsr sonra Kubada ilk zavod inşa edəcək.

Moderator.az bunu “Ðxa0уÑx81Ñx81каÑx8f Ñx81лужба новоÑx81тей”x9d-ə istinadən xəbər verir.

Məlumata görə, ABŞ yarım əsr sonra Kubada ilk zavodun inşasına icazə verib. Bu zavod gələn il işə başlayacaq və minlərlə kiçik traktor istehsal edəcək. Layihənin dəyəri 5-10 milyon ABŞ dolları təşkil edir. Bu amerikalıların 1959-cu ildən Kubada ilk sərmayəsidir. 

Kubada inqilabın qələbəsindən sonra Fidel Kastro hökuməti milyardlarla dollar amerika əmlakını milliləşdirib. Kuba inqilabı ”” 26 iyul 1953-ci ildə başlayan və 1959-cu ildə inqilabçıların qələbəsi ilə qutaran inqilab. Fidel Kastro, Raul Kastro və Ernesto Çe Qevaranın başçılığı ilə inqilabçılar diktator Fulhensiyo Batistanın Hərbi-diktaturasını ləğv etdilər.

Qeyd edək ki, yarım əsrlik soyuqluqdan sonra ABŞ və Kuba arasında münasibətlər 2015-ci ilin yanvar ayından yaxşılaşmağa başlayıb.

Ramil Həsənli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin