Buker mükafatının təşkilatçıları mükafata namizədlərin qısa siyahısını elan ediblər.
Bizim.Media xəbər verir ki, siyahıya Böyük Britaniya, ABŞ və Kanadadan olan müəlliflərin altı əsəri daxil olub:
Anna Berns (Şimali İrlandiya) – “Milkman” (“ Südçü”);
Deyzi Conson (Böyük Britaniya) – “Everything Under” (“Hər şey altında”);
Reyçel Kuşner (ABŞ) – “The Mars Room” (“Mars otağı”);
Riçard Pauers (ABŞ) – “The Overstory” (“Yarus”);
Robin Robertson (Böyük Britaniya) – “The Long Take” (“Uzun çəkiliş”);
Esi Edugyan (Kanada) – “Washington Black” (“Vaşinqton Blek”).
Siyahıya düşən hər bir müəllif 2,5 min funt-sterlinq (təxminən 93 min qrivna) məbləğində çek və romanın "Buker" tərtibatında yenidən nəşr olunması hüququnu qazanacaq.
"Münsiflər heyətinin rəhbəri Kvame Entoni Appia qeyd edib ki, bu romanların hər biri dilin əsas rol oynadığı unikal üslub kəşfidir.
Qalib oktyabrın 16-da London Siti Qildhollunun mərasim zalında keçiriləcək təntənəli şam yeməyində elan olunacaq. Xatırladaq ki, daha əvvəl Maykl Ondatjenin "İngilis xəstə" romanı müəssisənin 50 illik tarixi ərzində ən yaxşı kitaba verilən xüsusi "Qızıl Buker mükafatının" (Golden Man Booker Prize) sahibi olmuşdu.
ARAYIŞ: Buker mükafatı 1969-cu ildən etibarən təqdim olunur. Əvvəllər bu mükafat yalnız Birlik ölkələri, İrlandiya və Zimbabvedən olan müəlliflərin ingilis dilində yazılmış romanlarına verilirdisə, 2014-cü ildən etibarən vətəndaşlığından asılı olmayaraq, ingilis dilində roman yazan istənilən müəllif mükafatı ala bilər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:36 / 17.09.2026
Buker ədəbi mükafatına namizədlərin QISA SİYAHISI dərc olundu
Hazırda oxunan: Buker ədəbi mükafatına namizədlərin QISA SİYAHISI dərc olundu
Hazırda oxunan: Buker ədəbi mükafatına namizədlərin QISA SİYAHISI dərc olundu
637115
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































