Ağdamın Novruzlu və Yusifcanlı kəndləri yaxınlığında açıq sahədə yanğın baş verib.
Bizim.Media xəbər verir ki, ərazidə güclü tüstülənmə və alov müşahidə olunur.
Yanğının minalardan təmizlənməmiş ərazidə başladığı bildirilir.
Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub.
Bizim.Media, Qarabağ bürosu































































































