Rusiya dron istehsalı üçün Şimali Koreyadan yeni işçi qüvvəsi cəlb edir – TƏLƏBƏ ADI İLƏ

Hazırda oxunan: Rusiya dron istehsalı üçün Şimali Koreyadan yeni işçi qüvvəsi cəlb edir – TƏLƏBƏ ADI İLƏ

637134

Rusiya Ukraynaya qarşı müharibədə istifadə etdiyi hərbi PUA-ların istehsalına Şimali Koreya vətəndaşlarını getdikcə daha fəal cəlb edir. ABŞ və müttəfiqlərinin hazırladığı hesabata görə, işçilərin bir hissəsi beynəlxalq sanksiyalardan yayınmaq üçün tələbə kimi rəsmiləşdirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg yazır.

Çoxtərəfli Sanksiyaların Monitorinq Qrupunun qiymətləndirməsinə görə, Rusiyanın dron sənayesində 25 minə qədər Şimali Koreya vətəndaşı işləyə bilər. Onların bir hissəsi Tatarıstandakı Alabuqa obyektlərində çalışır və burada pilotsuz uçuş aparatlarının yığılması həyata keçirilir.
 

Hesabatın müəllifləri bildirirlər ki, bu əməkdaşlıq Rusiya ilə Şimali Koreya arasında hərbi əlaqələrin genişləndiyini göstərir. Söhbət artıq yalnız silah və hərbçilərdən deyil, həmçinin işçi qüvvəsi və sənaye istehsalından gedir.


Rusiya bununla Ukraynaya qarşı müharibəsini dəstəkləyən sənaye sahələri üçün əlavə işçi qüvvəsi əldə edir. Eyni zamanda Şimali Koreya xarici valyutaya çıxış qazanır. Hesabata əsasən, bu vəsaitlər ölkənin nüvə və raket proqramlarının maliyyələşdirilməsinə kömək edir.

Hesabatda qeyd olunur ki, Rusiyadakı Şimali Koreya işçiləri sanksiyalardan yayınmaq məqsədilə viza sxemindən istifadə edilərək tələbə kimi göstərilir.

Rusiyada bir Şimali Koreya işçisi orta hesabla ildə təxminən 7 500 dollar qazanır. Eyni zamanda, hesabatda bildirilir ki, bu vəsaitin böyük hissəsini Kim Çen In rejimi götürür. Bəzi hallarda mənimsənilən məbləğ işçinin faktiki qazancından belə çox ola bilər.

Rusiyada çalışan Şimali Koreya vətəndaşlarının maaşı Çində əldə edə biləcəkləri gəlirdən beş dəfə yüksəkdir. Bu isə Rusiyanı Pxenyan üçün getdikcə daha gəlirli istiqamətə çevirir.

Hesabat müəlliflərinin hesablamalarına görə, 2025-ci ilin sonuna Çində 20-70 min, Rusiyada isə 15-30 min Şimali Koreya işçisi çalışıb.

Hesabatda bildirilir ki, xaricdə çalışan Şimali Koreya vətəndaşları ötən il Kim Çen In rejiminə 800 milyon dollara qədər vəsait qazandırıb.

Sənədə əsasən, bu pullar Şimali Koreyanın qanunsuz nüvə və raket proqramlarının maliyyələşdirilməsini təmin edir. Bu isə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması hesab olunur.
 

“HXDR hakimiyyəti işçilərin hərəkətlərinə və əcnəbilərlə ünsiyyətinə ciddi nəzarət edir ki, onların ölkədən qaçmasının qarşısını alsın. Qaçan işçilər isə Şimali Koreyada qalan ailə üzvlərinə qarşı qisas tədbirləri görülməsi riski ilə üzləşirlər”, – hesabatda deyilir.


ABŞ və onun müttəfiqləri, o cümlədən Cənubi Koreya və Yaponiya, Şimali Koreyaya qarşı sanksiyalara əməl olunmasına nəzarət edən 11 ölkədən ibarət qrupa daxildir.

Bu qrup 2024-cü ildə Rusiyanın Şimali Koreyanın sanksiyalardan yayınması və nüvə arsenalının inkişafı barədə 15 il ərzində hesabat hazırlayan BMT komissiyasının mandatının uzadılmasına veto qoymasından sonra yaradılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin