Rusiya Kiyevə HAVA ZƏRBƏLƏRİ endirdi - Yaralılar var – FOTO

Hazırda oxunan: Rusiya Kiyevə HAVA ZƏRBƏLƏRİ endirdi - Yaralılar var – FOTO

637109

Sentyabrın 17-nə keçən gecə Rusiya qüvvələri Kiyevin bir neçə rayonuna hücum edib. Hücum nəticəsində 12 nəfər, o cümlədən 10 və 12 yaşlı iki uşaq xəsarət alıb.

Bizim.Media xəbər verir ki, Kiyev meri Vitali Kliçkonun verdiyi məlumata görə, Dnepr rayonunda qalıqların düşməsi nəticəsində ofis binası, yaşayış evi, anbar əraziləri və yanacaqdoldurma məntəqəsinin yaxınlığı zərər görüb.

Svyatoşin rayonunda qeyri-yaşayış binasına zərbə dəyib, bir neçə yaşayış binasının pəncərələri sınıb.

Solomen rayonunda isə anbar binası dağıdılıb. Həmçinin Solomen, Qoloseyev və Svyatoşin rayonlarında su təchizatında təzyiqin aşağı düşdüyü qeydə alınıb, mütəxəssislər bərpa işləri aparırlar.

Səhər saatlarında Kiyev Şəhər Dövlət Administrasiyası Podol rayonunda da anbar binasına zərbə dəydiyini bildirib.

Xatırladaq ki, bundan əvvəl sentyabrın 16-da Rusiya Yelena Zelenska Fondunun humanitar yardım anbarını tamamilə məhv etmişdi. Anbarda uşaqlar və ailələr üçün nəzərdə tutulmuş generatorlar, məişət texnikası, noutbuklar və tibbi avadanlıqlar yanmışdı.

Eyni zamanda, "Kvartal 95" studiyasının rekvizit anbarı da hücuma məruz qalmışdı. Bundan əlavə, bir müddət əvvəl ruslar "Kiyev – Nikolayev" sərnişin qatarına üç dəfə zərbə endirmişdilər, lakin vaxtında aparılan evakuasiya nəticəsində xəsarət alan olmayıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin