Qarabağda bərpa olunan dini abidələrlə bağlı nazirdən AÇIQLAMA

Hazırda oxunan: Qarabağda bərpa olunan dini abidələrlə bağlı nazirdən AÇIQLAMA

637147

“Azərbaycanda multikultural dəyərlər və tolerantlıq mühiti tarixən formalaşıb. Qədim dövlətçiliyimizin mahiyyətindən irəli gələn bu ənənələr Azərbaycan dövlətinin bütövlüyünə, cəmiyyətinin həyat tərzinə və dövlət siyasətinə çevrilib”

Bizim.Media xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dünyada, ümumiyyətlə, həm qlobal səviyyədə, həm də milli səviyyədə tarixi-mədəni irsin qorunması istiqamətində çoxşaxəli çağırışlar mövcuddur.

"Bu çağırışların daha ətraflı müzakirəsinin bu gün, əminəm ki, davamı olacaq. İbadət məkanlarımızda, məscidlərimizdə, işğaldan azad edilmiş ərazilərdə işğal dövründə təhqiramiz hərəkətlər də reallaşdırılmışdı. Bunun üzərində xüsusi dayanmaq istəmirəm, amma bu acı həqiqətləri biz yaşamışıq. Ona görə postmünaqişə dövründə həmin abidələrin bərpası istiqamətində dövlətimiz tərəfindən Qarabağda və Şərqi Zəngəzurda çox intensiv tədbirlər həyata keçirilir.
 

İşğaldan azad edilmiş ərazilərdə minalanmış zonalarda mədəniyyət qurumları, dövlət qurumları və eyni zamanda qarşılıqlı surətdə işğaldan azad edilmiş ərazilərdə müvafiq dövlət qurumları ilə bərabər onların siyahıya alınması və eyni zamanda bərpası istiqamətində müvafiq işlər həyata keçirilməkdədir".

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin