25 il sonra doğulduğu evə getdi- Foto

Hazırda oxunan: 25 il sonra doğulduğu evə getdi- Foto

619614

Türkiyəli aktyor Ozan Akbaba 25 il sonra doğulduğu Benliahmet kəndindəki evə gedib.

Bizim.Media xəbər verir ki, bu barədə aktyor “İnstagram” hesabında paylaşım edib.

“25 il sonra, doğulduğum evdə... Hava, külək, səslər eynidir. Həyətdəki otlar və çiçəklər eynidir, qoxuları eynidir. Qəribə bir hissdir.

Böyüdüm, çox şey gördüm, çox fırtınaya dözdüm, çox qorxu, kədər və sevinc yaşadım, böyüdüm, amma çiçəklərə saldığım kölgə eynidir. Çünki düşünürəm ki, bu qədər dəyişsəm də, çiçəklər heç dəyişməyib və şükürlər olsun ki, dəyişməyiblər... Bəxtim gətirib”, - deyə Akbaba qeyd edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin